Olimpiya stadionunda işıqlar söndü

Olimpiya stadionunda işıqlar söndü

Braziliyanın Rio-de Janeyro şəhərində yerləşən və XXXI Yay Olimpiya Oyunlarının keçiriləcəyi Joao Avelanja Olimpiya stadionunun işıqları elektrik enerjisinə borca görə söndürülüb. Olimpnews.az saytının məlumatına görə, bu barədə "Inside the Games” portalı məlumat yayıb. Borcun məbləğinin 225 min dollar olduğu bildirilir.

Rio-de-Janeyro şəhərinin meri kommunal borca görə "Botafoqo” futbol klubunun rəhbərliyini ittiham edib. Klubun mətbuat xidməti isə elektrik borcuna görə şəhər hakimiyyətini borclu hesab edir.

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunları bu il avqustun 5-21-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Yay Olimpiya və Paralimpiya Oyunları dövründə Olimpiya stadionunun tamaşaçı tutumunun həcmi 45 mindən 60 minə qədər artırılacaq.