Bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında qaçqınların yığma komandası da çıxış edəcək. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib.
"Beynəlxalq Olimpiya Komitəsi təcrübəli idmançı olan qaçqınları Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya oyunlarında iştirak etməyə dəvət edib”, deyə BOK prezidenti Tomas Bax məlumat verib.
Məlumata görə, BOK büdcəsi 2 mln dollar təşkil edən qaçqınlara yardım fondu təsis edib.