ABŞ idmançıları Rio-2016 Olimpiadasında iştirak etməyəcəklər

ABŞ idmançıları Rio-2016 Olimpiadasında iştirak etməyəcəklər



ABŞ idmançıları Zika virusu səbəbindən bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak etməyəcəklər. Bu barədə ABŞ Milli Olimpiya Komitəsinə (MOK) istinad edən "Reyters” agentliyi məlumat verib.
Mənbənin verdiyi məlumata görə, ABŞ MOK ölkənin bütün idman federasiyalarına idmançılarını bu ölkəyə göndərməməyi tövsiyə edib. Buna səbəb kimi isə olimpiada keçiriləcək ölkədə epidemiyanın yayılması göstərilib.
Ötən həftə Braziliya Prezidentinin vətəndaşların işi üzrə komitəsinin rəhbəri Jakis Vaqner hamilə qadınlara Rio-2016 Yay Olimpiya Oyunlarında iştirakdan imtina etməyə çağırıb. Prezidentin rəsmisi öz müraciətində yayılmaqda olan virusun olimpiadanı təxirə salmayacağını bildirib.
Hazırda adıçəkilən virusun Braziliyanın 27 regionundan 22-də yayıldığı təsdiqlənib.
Rio-2016 Yay Olimpiya Oyunları bu il avqustun 5-21-də Braziliyada keçiriləcək.