
Rusiya üzgüçülərində dopinq aşkarlanıb. 16 üzgüçüdən götürülən analiz müsbət nəticə verib.
Olimpnews.az saytının məlumatına görə, bu barədə Ümumrusiya Üzgüçülük Federasiyasının Antidopinq proqramının rəhbəri Valeri Barçukov açıqlama verib.
O bildirib ki, ortaya çıxan problemlərin böyük əksəriyyəti idmançıların məsuliyyətsizliyi ilə əlaqədardır.
Qeyd edək ki, birgə işlə bağlı RUSADA, WADA və İngiltərə Antidopinq təşkilatı arasında müqavilə imzalanıb.