Rio-de-Janeyro şəhərində içməli suyun keyfiyyəti aşağıdır

Rio-de-Janeyro şəhərində içməli suyun keyfiyyəti aşağıdır

Brazilikyanın Rio-de-Janeyro şəhərində içməli suyun keyfiyyəti  çox aşağıdır. Bu isə Braziliyada yayılmaqda olan Zika epidemiyasından daha təhlükəli olduğunu deməyə əsas verir.

"The Associated Press” Agentliyinin verdiyi xəbərə görə, bu barədə Avstraliya Olimpiya yığmasının tibb xidmətinin rəhbəri Devid Hyus açıqlama verib.
"Burada suyun keyfiyyətsiz olması təbii ki, problemlərə yol açacaq. Bağırsaq infeksiyasına tutulan idmançı çətin ki, yarışda rəqabət apara bilsin. Rio-de-Janeyroda kifayət qədər tibbi problemlər mövcuddur. Əgər söhbət bizim idmançılar və nümayəndə heyətinin sağlamlığı, eyni zamanda təhlükəsizliyindən gedirsə, xüsusilə ehtiyat etməyə dəyər. Riskin minimuma endirilməsi üçün bütün qabaqlayıcı tədbirlər görməyə məcburuq”, - deyə Devid Hyus qeyd edib.