Cəlil Cəfərov: “Bu qələbəyə görə bütün komandanı təbrik edirəm”

Cəlil Cəfərov: “Bu qələbəyə görə bütün komandanı təbrik edirəm”


  Respublikamızda voleybolun inkişafına öz töhfələrini verən klublardan biri də "Rabitə”dir. Komanda 2011-ci ildə Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçular arasında klublararası dünya çempionatında qızıl medal qazanıb.
2011-ci ildə isə "rabitəçilər” analoji yarışın final mərhələsində Braziliyanın "Sollis Nestle” komandasına məğlub olmaqla gümüş medala sahib çıxıblər. Marçello Abbondanzanın yetirmələri bu il Çempionlar Liqasında da yüksək oyunu ilə diqqət çəkib. Belə ki, onlar bu yarışda əla oyun nümayiş etdirərək gümüş medal əldə ediblər. Məlumat üçün bildirək ki, "Rabitə” Çempionlar Liqasının finalına yüksəlməklə yanaşı, həm də özünə məxsus Azərbaycan rekordunu təzələyib. Belə ki, Azərbaycan çempionu 2 dəfə həlledici mərhələyə-finala yüksəlməklə bu rekorda imza atıb. Bu uğura, hələ ki, ölkə klublarından heç biri nail ola bilməmişdi. Ötən həftə isə "Rabitə” klubu 6-cı dəfə ölkə çempionu adına layiq görülüb. Komanda ilə bağlı daha ətraflı məlumat almaq üçün klubun prezidenti Cəlil Cəfərovla görüşdük. Cəlil müəllim bizi maraqlandıran sualları cavabsız qoymadı.

- Cəlil müəllim, "Rabitə” 2011-ci ildə dünya çempionu tituluna yiyələndi. Növbəti ildə isə komanda gümüş medalla kifayətləndi. Bununla da, klub ardıcıl olaraq iki dəfə mundialın finala çıxmaqla tarix yazdı...
- 2011-ci ildə "Rabitə” dunya cemrionatında ilk dəfə çıxış etməsinə baxmayaraq qızıl medal qazandı. 2012-ci ildə isə bu ugurumuzu davam etdirə bilmədik. Buna baxmayaraq, ardıcıl olaraq mundialın finalına iki dəfə yüksəlməklə voleybol tarixində yeni bir uğura imza atdıq. Çünki buna qədər dünyada heç bir klub 2 dəfə dünya çempionatının finalına çıxa bilməmişdi. Bu, həm ölkəmiz, həm də klubumuz üçün olduqca fərəhverici bir amil idi. Ümumiyyətlə, final mərhələsinə qədər irəliləmək, gümüş medala sahib çıxmaq böyük bir nailiyyətdir. Bir məqamı da nəzərə almaq lazımdır ki, həmin vaxt komandada boyuk dəyişikliklər olmuşdu. Həmin ərəfədə komandaya cəlb olunan yeni voleybçular bir-birinə yaxşı uyğunlaşmadığından onlar öz oyunlarını nümayiş etdirə bilmədilər. Digər fakt da ondan ibarət idi ki, həlledici matcda Braziliyanın güclü "Sollis Nestle” klubu ilə mübarizə aparırdıq. Hansı ki, həmin klubda bu olkənin yıgma komandasının uzvləri yer alırdı. Qeyd etmək istəyirəm ki, həmin voleybolçular isə komandaları ilə birlikdə London Olimpiadasının qızıl medallarını qazanmışdı. Bir sözlə, cox güclü bir rəqiblə üz-üzə gəlmişdik. Məğlub olmağımıza baxmayaraq əldə etdiyimiz bu nəticə 2012-ci il ücün böyük ugur sayılmalıdır. Əlimizdən gələni edəcəyik ki, növbəti illərdə bu titulu yenidən özümüzə qaytaraq.

- Bu il "Rabitə” Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkdi. Komanda həm qrup, həm də pley-off mərhələlərində inamla çıxış edərək bütün oyunlarda qələbə qazandı. Lakin finalda məğlub olaraq gümüş medalla kifayətlənməli oldu. Komandanın qızıl medal qazanması üçün nə çatışmadı?
- Komandamız əvvəlcə Cempionlar Liqasının qrup mərhələsində ən yüksək xal toplayaraq, pley-off mərhələsinə yüksəldi. Bu mərhələlərdə isə "Rabitə” yüksək oyun nümayiş etdirərək finala vəsiqə qazandı. Lakin finalda məğlub olaraq ikinci yerlə kifayətlənməli olduq. Yarışın Türkiyədə keçirilməsi qalib gələn komandanın qələbə qazanmasında böyük rol oynadı. Azarkeş dəstəyi rəqibimizə böyük stimul verdi. Məhz onlar bunun sayəsində qələbə qazana bildilər. Ümumiyyətlə, Avropa ikincisi olduğumuz üçün çox sevindik. Komanda ilə birlikdə kifayət qədər titullar əldə etmişik. Bundan sonra əsas məqsədimiz ondan ibarətdir ki, növbəti illərdə Çempionlar Liqasının kubokunu ölkəmizə gətirək. Bunun üçün əlimizdən gələni edirik. İnanırıq ki, gələn il bu kuboku biz qazancağıq.

- Ardıcıl olaraq 6-cı dəfə ölkə çempionu adını qazandınız. Bunu nə ilə əlaqələndirirsiniz, Sizcə "Rabitə” kifayət qədər güclüdür, yoxsa Super-liqada çıxış edən komandalar zəifdir?
- Sevindirici haldır ki, son illərdə Azərbaycan çempionatı çox yüksək səviyyədə keçirilir. Çünki bütün klublar artıq çox gücləniblər. "Rabitə” ilə bərabər, həm "İqtisadçı”, həm "Lokomotiv”, həm də "Azərreyl” heyətlərinə görə çox güclü komandalar hesab olunurlar. Artıq Azərbaycan cempionatında oynamaq hec də asan deyil. Bunu açıq səkildə demək olar. Bütün çətinliklərə baxmayaraq, komandamız bu il də güclü oyun nümayiş etdirərək ölkə çempionu oldu. Bu bizləri çox sevindirir. Bu qələbəyə görə bütün komandanı təbrik edirəm. Çalışacağıq ki, bu uğurlarımızın sayı növbəti illərdə daha da artsın. Bunun üçün əlimizdən gələni əsirgəmirik.

- "Rabitə” klubunda əcnəbi voleybolçular üstünlük təşkil edir. Gələcəkdə, "rabitəçilərin” heyətində azərbaycanlı voleybolçuların iştirak etməsi gözlənilirmi?
- Bilirsiniz, "Rabitə” klubu dünyanın tanınmış komandalardan hesab olunur. Ümumiyyətlə, güclü klublarla bərabər səviyyədə mübarizə aparmaq, yüksək nailiyyətlər əldə etmək üçün əcnəbi voleybolçuların köməyinə hər zaman ehtiyac duyulur. Bununla bərabər "Rabitə” klubunda uşaq voleyboluna da xüsusi diqqət ayrılıb. Ölkəmizdə perspektivli voleybolçuların yetişməsi üçün əlimizdən gələni əsirgəmirik. İnanırıq ki, həmin voleybolçular da gələcəkdə özlərini yaxşı tərəfdən təsdiq edə biləcəklər. Biz də, həmin voleybolçuların köməyindən yararlanacağıq. Onlara dünya arenalarında çıxış etmələri üçün imkanlar yaradacağıq.



- Ölkəmizdə "Rabitə” klubuna qarşı böyük inam hissi yaranıb...
- Dogurdan da, cəmiyyətdə komandaya qarşı olan böyük inamı biz də hiss edirik. Bu inamın yaranması əbəs deyil. Çünki az bir muddətdə "Rabitə”nin böyük nəticələr göstərməsi faktdır. Bunu nəinki Azərbaycan idmansevərləri, eləcə də bütün dünyanın mütəxəssisləri bildirirlər. Çünki cəmi 6 il bundan əvvəl yaradılmış bir komanda dünya cempionu olursa, bu heç də asan bir məsələ deyil. Kollektivi təskil etmək, onu yaratmaq, işlətmək və qələbə qazanmaq olduqca çətin prosesdir. Bu gün bütün dünyada klubumuz tanınır və çoxları məhz bu klubda oynamagı arzulayır.
Ölkəmizlə yanaşı, dünyada da bizim klubla bağlı çox gözəl fikirlər söylənilir. Ümumiyyətlə, kollektiv oyun tələb edən idman növlərinin irəliyə aparılması heç də asan məsələ deyil. Bunu bütün dünya bilir. Şükürlər olsun ki, "Rabitə” klubu qısa müddətdə çox böyük nəticələr əldə edib. 6 ildir ki, komandamız bir-birinin ardınca Azərbaycan cempionu olur. Bütün bu faktlar onu göstərir ki, doğrudan da, klubda ciddi islər görülür. Artıq komandamız sıradan bir klub deyil. Ona görə də biz çalısmalıyıq ki, bu adı qoruyaq və inkisaf etdirək. Çünki "Rabitə” bizim adımızdır.

- Komandaya yeni voleybolçuların cəlb olunması gözlənilirmi?
- Məncə, bu haqqda danışmaq tezdir. Ancaq yeni voleybolçuların keçidi barədə də düşünəcəyik.

Zaur Mehtiyev