Soçi Olimpiadasının təhlükəsizliyini 30 min polis işçisi qoruyacaq

Soçi Olimpiadasının təhlükəsizliyini 30 min polis işçisi qoruyacaq

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev ABŞ-a işgüzar çəfəri çərçivəsində olimpiada dövründə silah-sursat satışına məhdudiyyət qoyulacağı barədə məlumat verib.
"Təhlükəsizliyin təmin edilməsi məqsədilə olimpiada dövründə silah-sursat, eləcə də partlayıcı və zəhərli maddələrin satışına məhdudiyyət qoyulacaq. Olimpiada iştirakçılarının və qonaqlarının təhlükəsizliyini 30 min asayiş keşikçisi və daxili qoşunların əsgərləri qoruyacaqlar”, - deyə Rusiyanın daxili işlər naziri bildirib.