XXVII Universiadanın məşəlinin təqdimatı olub

XXVII Universiadanın məşəlinin təqdimatı olub

XXVII Ümumdunya Tələbə Oyunlarının məşəli Tatarıstana gətirilib. Məşəlin təntənəli surətdə təqdim edilməsi Başqırdıstan və Tatarıstan sərhədində keçirilib. Məşəl bir gün neftçilər şəhəri Bavladakı "Devon” buz sarayında saxlanıldıqdan sonra Tatarıstanın rayonlarından keçəcək. Dünyanın beş qitəsindən keçəcək Universiada-2013-ün məşəli Rusiyanın 30 şəhərini dolaşaraq iyulun 6-da Kazan şəhərinə gətiriləcək. Artıq "Kazan Arena” stadionunda məşəl üçün yer də hazırlanıb.
Qeyd edək ki, XXVII Ümumdunya Tələbə Oyunları bu il iyulun 6-17-də Tatarıstanda keçiriləcək.