İlham Zəkiyevin üçüncü övladı dunyaya gəldi

İlham Zəkiyevin üçüncü övladı dunyaya gəldi

Tanınmış idmançı, cüdo üzrə ikiqat paralimpiya cempionu İlham Zəkiyevin 3-cü övladı dünyaya gəlib. Körpənin 26 iyun- Silahlı Qüvvələr Günündə dünyaya gəlməsi Zəkiyevlər ailəsinə ikiqat sevinc bəxş edib. Sevincini eksklüziv olaraq, olimpnews.az saytı ilə bölüşən idmançımız oğlan övladının ordu günündə dünyaya gəlməsi ailəsi üçün böyük xoşbəxtlik olduğunu diqqətə çatdırdı: "Oğlumun dünyaya gəlməsi məni bir atak imi çox sevindirir. Onun Silahlı Qüvvələr Günündə doğulması isə ailəmizə ikiqat sevinc bəxş edib. Ulu Tanrı məhz bu gün ailəmizə gələcəyin Azərbaycan əsgərini bəxş etdi. Allaha çox şükür. Bu, çox xoş təsadüfdür. Oğul ata-anaya dayaq, vətən üçün igid əsgər deməkdir".

İlham Zəkiyev yeni doğulan körpəsinə Həmzə adını verməyi qərara alıb. Paralimpiya çempionu adı verilən Həmzənin islam dininin görkəmli şəxsiyyətlərindən biri olduğunu və oğlunun onun adına layiq övlad olacağına ümid etdiyini bildirdi.

Jalə