Azərbaycan komandası sabah Hollandiyaya yola düşəcək

Azərbaycan komandası sabah Hollandiyaya yola düşəcək



İyulun 13-də Azərbaycan komandası Avropa Yeniyetmələrinin XII Olimpiya Festivalında iştirak etmək üçün saat 06.55-də Hollandiyaya yola düşəcək. Qeyd edək ki, Utrext-2013 Olimpiya Festivalı 14-19 iyulda keçiriləcək. Bu yarışda ölkəmizi 47 nəfər nümayəndə heyəti təmsil edəcək. Bunlardan 30-u idmançı, 10-u məşqçi, 1-i hakim, 1-i media işçisi və 5-i isə rəsmi şəxslərdir.

Azərbaycan idmançıları Avropa Yeniyetmələrinin XII Olimpiya Festivalında 5 (atletika, tennis, üzgüçülük, velosiped, cüdo) idman növündə yarışacaqlar. 30 idmançı ilə Hollandiyaya yola düşən komandanı atletikada 7, tennisdə 2, üzgüçülükdə 6, velosipeddə 3, cüdoda isə 12 nəfər təmsil edəcək.

Qeyd edək ki, komanda iyulun 21-də saat 13.45-də Bakıya qayıdacaq.

olimpnews.az