MOK baş katibinin müavini Avropa Gənclər Olimpiya Festivalı Komissiyasının iclasında

MOK baş katibinin müavini Avropa Gənclər Olimpiya Festivalı Komissiyasının iclasında

İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin Avropa Gənclər Olimpiya Festivalının Komissiyasının iclası keçirilir. Sentyabrın 29-dan oktyabrın 1-dək keçirilən tədbirdə komissiyanın üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev iştirak edir.
Xatırladaq ki, bir müddət əvvəl Azər Əliyev Serbiyanın paytaxtı Belqradda təşkil olunan Avropa Olimpiya Komitəsinin 39-cu seminarında Avropa Gənclər Olimpiya Festivalı Komissiyasının üzvü seçilmişdi.