I Avropa Oyunlarının rəsmi internet səhifəsi istifadəyə verilib

I Avropa Oyunlarının rəsmi internet səhifəsi istifadəyə verilib



Birinci dəfə Bakıda təşkil olunacaq Avropa Oyunlarının rəsmi internet səhifəsi - www.baku2015.com istifadəyə verilib.
Yarışların rəsmi internet səhifəsi dünyanın bütün yerlərində olan insanlara ilk Avropa Oyunlarının məramı, keçirildiyi yeri və miqyası, idman növləri haqqında məlumat almaq, Azərbaycanın coğrafiyası, tarixi, iqtisadiyyatı, idmanı, mədəniyyəti və bir çox digər mühüm sahələri ilə tanış olmaq və Bakının tarixi, sosial həyatı, nəqliyyatı və internet səhifəsinə daxil olanların marağın səbəb olacaq digər mühüm təfərrüatları öyrənmək imkanını yaradır.
İnternet səhifəsi Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə əlaqədar mütəmadi olaraq yenilənəcək.
Xatırladaq ki, ötən il Avropa Olimpiya Komitəsinin Romada keçirilmiş 41-ci Baş Assambleyasında Bakının 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul etməsi ilə bağlı səsvermə keçirilib. Bakı səslərin 84 faizini toplayıb. Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən Avropa Oyunlarının açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə iyunun 28 -də keçiriləcək.

olimpnews.az