İdmançılarımız Kazandan qayıtdılar

İdmançılarımız Kazandan qayıtdılar



Kazan-2013 Universiadasında uğurla çıxış etmiş Azərbaycan yığması iyulun 18-də vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları azarkeşlər, qaliblərin doğmaları və yaxınları qarşılayıblar.
27-ci Ümumdünya Yay Universiadasında iştirak edən Azərbaycan millisi 170 ölkə arasında 15-ci yeri tutub. Komandamızın üzvləri ümumilikdə 16 (4 qızıl, 5 gümüş və 7 bürünc) medal qazanıblar.
Qeyd edək ki, milli komandamızın heyətində ağırlıqqaldıran Firudin Quliyev, 5000 metr məsafəyə qaçış yarışlarında Hayle İbrahimov və güləşçilər Yuliya Ratkeviç, Rəsul Çunayev qızıl, ağırlıqqaldıran Kristina İova, kəmər güləşi yarışlarda çıxış etmiş Ülviyyə Kərimova, güləşçilər Cəbrayıl Həsənov, Patimat Baqomedova, Kamran Məmmədov gümüş medala sahib olublar. Cüdoçu Məmmədəli Mehdiyev, güləşçi İrina Netrebi, Hacı Əliyev, Eldəniz Əzizli, samboçu Ağasif Səmədov, Emin Həsənov, İslam Qasımov Universiadanın bürünc mükafatçısı olublar.
Rusiya yığması universiadada inamlı oyun nümayiş etdirərək ümumi komanda hesabında 292 medalla (155 qızıl, 75 gümüş və 62 bürünc) yarışın lideri olub. İkinci yeri 77 medalla (26 qızıl, 29 gümüş, 22 bürünc) Çin yığması tutub. Yaponiya komandası isə 84 medalla (24 qızıl, 28 gümüş və 32 bürünc) universiadanın üçüncüsü olub.

olimpnews.az