Beynəlxalq Boks Assosiasiyası (AIBA) Konqressinin növbəti iclası dekabrın 12-13-də keçiriləcək.
Tarix qurumun İcraiyyə Komitəsinin üzvlərinin elektron səsverməsi ilə təyin olunub.
İclasda assosiasiyanın yeni prezidenti seçiləcək və qurumun yeni nizamnaməsi qəbul ediləcək.
Bildirilib ki, AIBA təkcə təşkilatın nizamnaməsini deyil, həm də yarışın formatını və təqvimini dəyişdirmək üçün fəal işləyir
Daha əvvəl qurultayın fövqəladə iclası iyunun 20-nə nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən ləğv olunmuşdu.
Qeyd edək ki, ötən ilin martında özbəkistanlı sahibkar Qafur Rəhimov AIBA rəhbəri vəzifəsindən istefa verib. Hazırda assosiasiyanın prezidenti səlahiyyətlərini Məhəmməd Mustasan yerinə yetirir.