Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı BMT-nin Uşaq Fonduna müraciət ünvanlandı
Olimpizm xəbərləri
28.10.2020, 15:20
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fonduna müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq 27 oktyabr 2020-ci il tarxində günorta saatlarından başlayaraq Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv atəşə məruz qoyub. Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində 4 nəfər dinc sakin həyatını itirib, 14 nəfər yaralanıb. Qətlə yetirilənlərdən 1-i, xəsarət alanlardan 4-ü azyaşlıdır. 2020-ci il sentyabrın 27-sindən başlayaraq həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq edilən hərbi cinayətlər nəticəsində 36 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib. Bu Ermənistan hərbi-siyasi rəhbərliyinin terrorçu əməllərinin növbəti təzahürüdür. Ermənistanın işğalçı siyasi əməlləri bununla bitmir. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan beynəlxalq humanitar hüququn ən elementar normalarına məhəl qoymayaraq uşaqları hərbi əməliyyatlara cəlb edir. Bununla Ermənistan hökuməti “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və Konvensiyanın Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakültativ Protokolu, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyanı, eləcə də “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini kobud surətdə pozur. Yuxarıda qeyd edilən məqamlar Ermənistanın beynəlxalq hüququn prinsiplərinə, sənədlərdən irəli gələn öhdəliklərə nə dərəcədə laqeyd və etinasız yanaşdığının göstəricisidir. 30 ildir davam edən silahlı münaqişə şəraitində Ermənistanın dəfələrlə dinc əhalinin, xüsusən də uşaqların qəsdinə yönələn amansız cinayət əməllərinə hələ də heç bir beynəlxalq hüquqi sanksiyanın tətbiq edilməməsi törətdikləri cinayətlərin daha ağır hal alması ilə nəticələnir. Bunları nəzərə alaraq, biz bütün beynəlxalq təşkilatları Ermənistan tərəfindən törədilən qanunsuz əməllərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan hərəkətlərinə lazımi hüquqi qiymət verməyə çağırırıq” .
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
Bugün, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
Bugün, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
Bugün, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
Bugün, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri
-
Azərbaycan komandası “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini 22 medalla başa vurub
01.10.2026, 19:00 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
01.10.2026, 16:53 Basketbol
-
Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
01.10.2026, 15:17 Voleybol
-
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
01.10.2026, 14:40 Olimpizm xəbərləri
-
Üzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
01.10.2026, 13:52 Su idman növləri
-
Basketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
30.09.2026, 23:22 Basketbol
-
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
30.09.2026, 23:11 Su idman növləri
-
"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
30.09.2026, 22:27 Basketbol
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
30.09.2026, 21:12 Su idman növləri
-
Voleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
30.09.2026, 19:16 Voleybol
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
30.09.2026, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
30.09.2026, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
30.09.2026, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
30.09.2026, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
30.09.2026, 15:11 Güləş
-
“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
30.09.2026, 14:19 Futbol
-
Azərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
30.09.2026, 14:13 Gündəm
-
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
30.09.2026, 13:13 Formula 1
-
Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
30.09.2026, 11:11 Velosiped
-
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
30.09.2026, 11:01 Olimpiya dünyası
-
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
30.09.2026, 10:24 Basketbol
-
“Neftçi” Avropa Kubokunda cavab oyununa çıxır
30.09.2026, 10:05 Basketbol
-
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
30.09.2026, 00:11 Olimpiya dünyası
-
Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib
29.09.2026, 23:18 Su idman növləri
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
29.09.2026, 22:44 Gündəm
-
Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
29.09.2026, 22:07 Tennis
-
Azərbaycan Basketbol Federasiyasının son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbir keçirilib
29.09.2026, 20:27 Basketbol
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29.09.2026, 12:21 Gündəm