Avropa çempionatının son günündə daha iki cüdoçumuz mübarizəyə başlayır

Avropa çempionatının son günündə daha iki cüdoçumuz mübarizəyə başlayır

Olimpizm xəbərləri

06.11.2020, 12:02

Xorvatiyanın Poreç şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı sona yaxınlaşır. 37 356 (204 oğlan, 152 qız) cüdoçunun təmsil olunduğu yarışda Azərbaycan 13 (9 oğlan, 4 qız) idmançı ilə mübarizə aparır. Yarışın sonuncu günündə daha iki cüdoçumuz - Adil Kərimli (100 kq) və Camal Feyziyev (100+ kq) mübarizəyə başlayacaqlar.

Qeyd edək ki, yarışın ikinci günündə daha 5 idmançımız mübarizəyə qoşulsa da, medalçılar sırasına düşə bilməyiblər. Cüdoçularımızdan ən yaxşı nəticəni 5-ci yeri qazanmaqla Elcan Hacıyev (81 kq) göstərib. Xatırladaq ki, cüdoçularımız turnirin birinci gününü də medalsız başa vurublar.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR