Avstraliyanın Baş naziri Skot Morrison Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax ilə görüşdə ölkə hakimiyyətinin 2032-ci il Olimpiya Oyunlarının keçirilməsi planlaşdırılan Kvinslandın ərizəsini tam dəstəklədiyini bəyan edib.
Kvinsland ştatı 2032-ci ildə Olimpiya Oyunlarının keçirilməsi üçün müraciətini 2019-cu ilin dekabr ayında rəsmən elan edib. Ərizəçi kampaniyaya həmçinin Brisban şəhəri və kurort zonaları olan Gold-Kost və Sanşayn-Kostun da daxil edilməsi gözlənilirdi. Lakin may ayında, koronavirus pandemiyası ilə əlaqədar olaraq, iddia kampaniyası dayandırılmışdı.