Avstraliya Olimpiya Oyunlarına ev sahibliyi etmək niyyətindədir

Avstraliya Olimpiya Oyunlarına ev sahibliyi etmək niyyətindədir

Olimpizm xəbərləri

17.11.2020, 17:01

Avstraliyanın Baş naziri Skot Morrison Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax ilə görüşdə ölkə hakimiyyətinin 2032-ci il  Olimpiya Oyunlarının keçirilməsi planlaşdırılan Kvinslandın ərizəsini tam dəstəklədiyini bəyan edib. Kvinsland ştatı 2032-ci ildə Olimpiya Oyunlarının keçirilməsi üçün müraciətini 2019-cu ilin dekabr ayında rəsmən elan edib. Ərizəçi kampaniyaya həmçinin Brisban şəhəri və kurort zonaları olan Gold-Kost və Sanşayn-Kostun da daxil edilməsi gözlənilirdi. Lakin may ayında, koronavirus pandemiyası ilə əlaqədar olaraq, iddia kampaniyası dayandırılmışdı.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR