İnna Rıskal: “Azərbaycanda olmasam da, ürəyim həmişə sizinlədir”
Olimpizm xəbərləri
22.11.2020, 14:42
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirəm. Bizə bu qələbə sevincini yaşatdığı üçün Ali Baş Komandanımıza və Azərbaycanın qüdrətli Ordusuna minnətdarlığımı bildirirəm” Bu sözləri “Olimpiya dünyası” qəzetinə əfsanəvi voleybolçu, Mexiko-1968 və Münhen-1972 Yay Olimpiya Oyunlarının qalibi İnna Rıskal deyib. Qarabağın hər zaman əzəli Azərbaycan torpağı olduğunu qeyd edən 76 yaşlı veteran voleybolçu ölkəmizin bu haqq mübarizəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdiyini bildirib. “Etiraf edim ki, sentyabrın 27-də düşmənlərimizin Azərbaycana yenidən hücum etəsini və işğal olunmuş torpaqlarımızda müharibənin başladığını eşidəndə gərginlik keçirdim. İllərdir Azərbaycan torpaqlarını zəbt edən Ermənistanın yenidən ölkəmizə hücum etməsini, dinc sakinləri raket atəşinə tutmasını əsl vəhşilik hesab edirəm. Lakin ermənilərin törətdiyi təxribatlara baxmayaraq, Azərbaycan 30 il düşmən tapdağında olan torpaqlarını azad edərək, tarixi qələbə qazandı. Qarabağ hər zaman Azərbaycanın əzəli torpağı olub. Buna bir çox sübutlar var. Xatırlayıram ki, gənc vaxtlarımda Qarabağda mütəmadi olaraq, təlim-məşq toplanışlarında və yarışlarda iştirak edərdik. Çox sevinirəm ki, Azərbaycan tarixi torpaqlarına yenidən qovuşdu. Düzdür, müharibəni qələbə ilə başa vursaq da, şəhidlərimizin olması hər birimizi məyus edir. Doğma torpaqları uğrunda canından keçən igidlərimizə Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizə isə tezliklə şəfa tapmalarını arzulayıram. Əminəm ki, düşməndən təmizlədiyimiz doğma torpaqlarımızda tezliklə beynəlxalq yarışlar təşkil olunacaq, gözəl tədbirlər keçiriləcək. İnanıram ki, Azərbaycan günü-gündən daha da çiçəklənəcək və xalqımız yalnız qələbə sevincləri yaşayacaq”, - deyə İnna Rıskal bildirib.
Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edən əfsanəvi voleybolçu bu qələbəni Azərbaycanda qeyd etmək istədiyini, lakin səhhətinin buna imkan vermədiyini deyib:
“Azərbaycan mənim vətənimdir və mən vətənimi çox sevirəm. Mən bakılıyam, valideynlərim də burada dünyaya gəliblər. Təbii ki, illərdir gözlənilən qələbə sevincini Azərbaycan xalqı ilə birgə yaşamağı çox istərdim. Lakin səhhətimdə olan bəzi problemlərə görə, uzun zamandır heç bir yerə gedə bilmirəm. Amma xalqımız bilsin ki, həmişə olduğu kimi, bu gün də Azərbaycanımla, xalqımla qürur duyuram. Azərbaycanda olmasam da, ürəyim həmişə sizinlədir. Ölkəmiz hər zaman tolerant bir dövlət olub. Burada müxtəlif dinlərə mənsub olan millətlər xoşbəxt və firavan yaşayıb. Buna görə də, hər kəs Azərbaycan Prezident İlham Əliyevə minnətdar olmalıdır. Çünki ölkə başçısı hər bir millətin vətəndaşı üçün Azərbaycanda rahat yaşam şəraiti təşkil edib. Azərbaycan həqiqətən də, çox güclü bir dövlətdir. Ölkəmizin bir çox beynəlxalq yarışlara yüksək səviyyədə evsahibliyi etməsi, xalqımızın qonaqpərvərliyi və ölkəmizin gündən-günə inkişaf etməsi hər zaman yarış iştirakçıları tərəfindən yüksək qiymətləndirilib”.
Qeyd edək ki, 1944-cü ildə Bakıda anadan olan İnna Rıskal 1966 və 1972-ci illərdə "Neftçi" klubunun tərkibində SSRİ çempionatının bürünc, 1967-ci ildə Azərbaycan yığma komandası ilə SSRİ çempionatının gümüş medallarına sahib olub. Əfsanəvi voleybolçu müxtəlif illərdə Olimpiya Oyunlarının 2 qızıl və 2 gümüş medalına layiq görülüb. İnna Rıskalın aktivində həmçinin Avropa və dünya çempionatlarının qızıl medalları da var.
2000-ci ildə İ.Rıskalın soyadı voleybolun vətəni sayılan Holyoke (ABŞ, Massaçusets ştatı) şəhərində yerləşən Voleybol şöhrəti zalına daxil edilib. O, keçmiş SSRİ-dən bu şərəfə layiq görülən ilk voleybolçudur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
Bugün, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
Bugün, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
Bugün, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
Bugün, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
Bugün, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
Bugün, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
Bugün, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat
-
Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıblar
13.07.2026, 10:52 Olimpiya dünyası
-
Çimərlik voleybolçularımız mükafatçılar sırasında
13.07.2026, 01:30 Voleybol
-
Sərbəst güləş millimiz rekorda imza atdı
13.07.2026, 00:53 Gündəm
-
Beynəlxalq turnirin finalçıları ilə görüş olub
12.07.2026, 19:04 Olimpiya dünyası
-
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
12.07.2026, 18:39 Gimnastika
-
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
12.07.2026, 10:16 Güllə atıcılığı
-
Gimnastlarımız Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026, 09:53 Gimnastika
-
DÇ-2026-nın yarımfinal cütləri müəyyənləşib
12.07.2026, 09:33 Futbol
-
DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı
12.07.2026, 08:08 Futbol
-
Dünya çempionatı: İngiltərə millisi yarımfinalda
12.07.2026, 04:00 Futbol
-
Güləşçimiz Avropa çempionu oldu
12.07.2026, 00:48 Güləş
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər