Futbolçu meydanda huşunu itirdi

Futbolçu meydanda huşunu itirdi

Rusiyanın “Soçi” futbol klubunun yarımmüdafiəçisi Joazinyo ölkə çempionatının 15-ci turu çərçivəsində keçirilən oyun zamanı huşunu itirib. Birinci hissənin sonunda futbolçu CSKA-nın oyunçusu Baktier Zaynutdinovla toqquşaraq, meydançaya yıxılıb. Bir müddət futbolçu huşsuz qalsa da, nəticədə, oyunu davam etdirə bilib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.