Bakıda keçirilməsi planlaşdırılan Avropa çempionatının vaxtı dəyişdirildi
BOK
06.04.2021, 12:23
Paytaxtımız gələn ilin mayın 20-22-də sumo üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu barədə məlumatı “Olimpiya dünyası” qəzetinə Avropa Sumo Federasiyasının vitse-prezidenti, Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev verib. Yarışın əvvəlcə ötən ilin aprel, sonra isə oktyabr aylarında keçirilməsinin planlaşdırıldığını deyən federasiya rəhbəri bunun koronavirus pandemiyasına görə mümkün olmadığını bildiridi: “Avropa çempionatına yüksək səviyyədə hazırlaşırdıq. Lakin mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, çempionatın tarixində dəyişiklik edildi. Bununla bağlı Avropa Sumo Federasiyasının prezidenti Dariuş Rozumla da danışıqlar aparıldı. Mövcud şərait nəzərə alınaraq Avropa çempionatının tarixinin gələn ilin may ayının 20-22-nə salınması qərara alındı”. Samir Abdullayev həmçinin sumonun üçüncü Avropa Oyunlarının proqramına daxil edilməsi məsələsinin də əsas müzakirə mövzularından biri olduğunu qeyd edib. “Məlum olduğu kimi, üçüncü Avropa Oyunları 2023-cü ildə Polşanın Krakov və Malopolye şəhərlərində təşkil olunacaq. Bizim əsas məqsədimiz sumo idman növünü bu Oyunların proqramına daxil etməkdir. Avropa Sumo Federasiyasında da bu barədə danışıqlar davam edir. Yəqin ki, Polşadakı Avropa Oyunlarının proqramında sumo idman növü də yer alacaq. Əlbəttə, nəhənglərin mübarizəsini qitənin ən mötəbər yarışında izləmək hər birimiz üçün maraqlı bir yenilik olar. Bu baxımdan Bakıdakı Avropa çempionatı da Oyunların proqramına daxil edilməsi üçün əhəmiyyətli yarışlardan biri olacaq. Çalışacağıq ki, bu yarışda üzərimizə düşən vəzifənin öhdəsindən layiqli şəkildə gələk və çempionata yüksək səviyyədə ev sahibliyi edək”, - deyə federasiya prezidenti bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası