WAKO Azərbaycan Gəncə və ətraf rayonlarda
BOK
10.05.2021, 18:38
Mayın 8-də Göygöl şəhərinin Gənclər Mərkəzində, Gəncə şəhər zonası və ətraf rayonlarının kikboksinq idman klublarının rəhbərləri və məşqçiləri ilə görüş keçirilib. İclasın iştirakçıları ənənəvi olaraq görüşdən əvvəl COVİD-19 testlərin NEGATİV cavablarını alıb, inzibati binaya daxil olarkən hərarətin yoxlama və digər təhlükəsizlik prosedurlarından keçiblər. Görüşdə Azərbaycan Kikboksinq Federasiyasının 1-ci vitse-prezidenti Ehram Məcidov, federasiyanın baş katibi və milli komandanın rəisi Sadıx Bağırov, Gəncə zonasından WAKO Beynəlxalq dərəcəli hakim Anar Məmmədov, gənclərin Lowkick üzrə milli komandanın böyük məşqçisi Albert Qəribov və “Gəncə” kikboksinq idman klubunun rəhbəri İlqar Alıyev iştirak ediblər. İclasın açılışında 1-ci vitse-prezident Ehram Məcidov federasiyanın fəxri prezidenti, Milli Məclisinin sədr müavini Adil Əliyev və federasiyanın prezidenti Orxan Əliyevin salamlarını görüş iştirakçılarına çatdırıb. Gənclər və İdman naziri Azad Rəhimovun vaxtsız vəfatından söhbət açan E.Məcidov, onun hər zaman gənclər və idmançılara dəstək olduğunu vurğulayıb. Görüşdə federasiyanın pandemiya dövründə olan fəaliyyəti barəsində, həmçinin gələcək planları barədə ətraflı məlumat verən 1-ci vitse-prezident Ehram Məcidov bu ilin iyun ayında planlaşdırılan CASPIAN OPEN 2021 WAKO Beynəlxalq turnirinin keçirilməsi barəsində xəbəri elan edib. O, qeyd olunan turnirin WAKO tərəfindən rəsmiləşdirilməsi, həmçinin respublika çempionatı və respublika birinciliyi statusu olunması ilə yanaşı, beynəlxalq turnirin nəticəsi əsasında milli komandanın formalaşması barəsində ətraflı izah verib. Ehram Məcidov, həmçinin yarışın gələn ildən rəsmi CASPIAN OPEN WAKO European Cup, yəni rəsmi WAKO-nun Avropa Kuboku statusu alacağını bildirib. Planlaşdırılan CASPIAN OPEN 2021 WAKO Beynəlxalq turnirin bütün pandemiya qaydalarına uyğun olaraq, WAKO tərəfindən rəsmi beynəlxalq yarışlarının keçiriliməsi üçün nəzərdə tutulmuş, COVID-19-a qarşı olan xüsusi olaraq təsdiq olunmuş WAKO Safety Protocol təhlükəsizlik qaydalarına əsasən, keçirilməsini vurğulayan Ehram Məcidov, həmçinin iclasın iştirakçılarını maraqlandıran digər müxtəlif suallara da cavab verib. Federasiyanın baş katibi və milli komandanın rəisi Sadıx Bağırov son vaxtlar WAKO ilə federasiyanın əlaqələrinin daha da gücləndirilməsi barəsində məlumatları tədbir iştirakçıları ilə bölüşüb. O, bu ilin WAKO-nun böyüklər arası dünya çempionatı, həmçinin gənclər və yeniyetmələr arasında Avropa çempionatına ev sabliyini əldə etmək üçün namizədliyimizi verilməsi, həmçinin 10-dan artıq digər namizədləri geridə qoyarkən hazırda yalnız iki real namizədin, Monteneqro və Azərbaycan mübarizəsinin davam etdiyini, yekun qərarın isə bu həftə ərzində WAKO Europe İdarə heyətinin növbədənkanar iclasında açıqlamasını vurğulayıb. Bundan əlavə Sadıx Bağırov, may ayının 20-dən 24-dək AKF prezidenti Orxan Əliyevin dəvətilə WAKO prezidenti cənab Roy Beykerin Bakıya səfər edəcəyini açıqlayıb. Səfər zamanı Milli Məclisin Gənclər və İdman komitəsində, Gənclər və İdman Nazirliyində, eləcə də Milli Olimpiya Komitəsində görüşlər keçirilməsi barədə məlumat verib. İclasda həmçinin Gəncə zonasından WAKO Beynəlxalq dərəcəli hakim Anar Məmmədov, gənclərin Lowkick üzrə milli komandanın böyük məşqçisi Albert Qəribov və Gəncə kikboksinq idman klubunun rəhbəri İlqar Alıyev çıxış edib. Görüşün digər iştirakçıları söz alandan sonra, Azərbaycan Kikboksinq Federasiyası tərəfindən rəsmi qeydiyyatdan keçən klubların əsasnamə və müqavilələri klubların rəsmilərinə təqdim olunub. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol