Jan-Klod Kili: "Görülən işlər təqdirəlayiqdir"

Jan-Klod Kili: "Görülən işlər təqdirəlayiqdir"

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Əlaqələndirmə Komissiyasının sədri Jan-Klod Killi Rusiyanın XXII Qış Olimpiya Oyunlarına hazırlıq işlərində çox böyük irəliləyişə nail olduğunu yüksək qiymətləndirib. Yalnız bir Olimpiya obyektinin istifadəyə hazır olmadığını qeyd edən Jan-Klod Kili bu obyektdə də tamamlama işlərinin vaxtında başa çatdırılacağına şübhə etmədiyini deyib.  

"İnanmaq çətindir ki, sizin 2007-ci ildə Qvatemalada verdiyiniz vədlər artıq həyata keçmişdir. Görülən işlər təqdirəlayiqdir. Dünyada belə ölkələr çox azdır ki, cəmi 6 il ərzində bu proqramı həyata keçirə bilsin. Buyaxınlarda Soçidə keçirilən test yarışlarında iştirak etmiş idmançılarla aparılan sorğunun nəticələri onların burada yaradılan şəraitdən razı qaldıqlarını göstərib. Bu, bizim üçün əla xəbərdir. Soçi-2014 Olimpiya Oyunlarına qalmış bir il müddət ərzində Təşkilat Komitəsindən var-gücü ilə işləmək tələb olunur. Hazırda tramplindən tullanma obyektində işlər yarımçıqdır. Düşünürəm ki, burada da işlər vaxtında təhvil veriləcək", deyə BOK-un Əlaqələndirmə Komissiyasının sədri bildirib.