Olimpiya Hərəkatı tarixində ən böyük miqyaslı məşəl estafeti

Olimpiya Hərəkatı tarixində ən böyük miqyaslı məşəl estafeti



Soçidə XXII Qış Olimpiya Oyunlarının məşəli təqdim edilib. 
Moskva və Sankt-Peterburq şəhərlərində təqdim olunan məşəl bundan sonra Rusiyanın 14 şəhərinin ərazisindən keçəcək. 
Gözlənildiyinə görə, Soçi-2014-ün məşəl estafeti Olimpiya Hərəkatı tarixində ən böyük miqyaslı məşəl estafeti olacaqdır. 
Ənənəyə müvafiq olaraq, Yunanıstanın Olimpiya şəhərində alovlandırılacaq məşəl 2013-cü il oktyabrın 7-də Moskvaya gətiriləcək. 
Səhərisi gün isə məşəl estafeti Rusiyanın ərazisi ilə yoluna davam edəcək. 
Məşəl estafeti bu ölkənin 2900 yaşayış məntəqəsindən və 83 obyektindən keçəcək.