Olimpiya üçüncüsünün medalı əlindən alınacaq

Olimpiya üçüncüsünün medalı əlindən alınacaq

Beynəlxalq Olimpiya Komitəsi (BOK) ağır atletika üzrə Afina-2004 Olimpiya Oyunlarının bürünc mükafatçısı rusiyalı idmançı Oleq Perepeçenovdan medalın geri qaytarılmasını tələb edib. Buna səbəb XXVIII Yay Olimpiya Oyunlarında 77 kq çəki dərəcəsində mübarizə aparan idmançının qanında qadağan olunmuş maddənin aşkar edilməsi olub.
BOK Rusiya Olimpiya Komitəsindən (ROK) Perepeçenovun aldığı medalı yaxın günlərdə geri qaytarmasını istəyib.
Qeyd edək ki, bürünc medalın yeni sahibi Afina-2008-də Türkiyəni təmsil etmiş Reyhan Arabaçıoğlu olacaq. Türkiyəli idmançı yarışda Oleqdən cəmdə 5 kq az ağırlıq qaldıraraq 4-cü yeri tutub. Perepeçenov isə 365 kq nəticə ilə bürünc mükafat qazanmışdı.