Xəzər İsayev: “İnanıram ki, atletlərimiz daha yüksək əyarlı medalları komandamızın aktivinə yazdıracaqlar”
BOK
05.08.2021, 19:26
Tokio-2020-də Azərbaycan nümayəndə heyətinin tərkibində yer alan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev atletlərimizin çıxışları ilə bağlı “Olimpiya dünyası”qəzetinə fikirlərini bildirib. MOK rəsmisi XXXII Yay Olimpiya Oyunlarında idmançılarımızın çıxışı barədə bunları deyib: “Olimpiya Oyunları xüsusi əhəmiyyət kəsb edən və bütün dünyanın diqqət mərkəzində olan böyük idman bayramıdır. Belə ki, bəzən Avropa və dünya çempionatının qalibləri gözlənilmədən Olimpiadada uğursuzluğa düçar olurlar. Bu fakt dəfələrlə öz təsdiqini tapıb. Düzünü desəm, Tokio-2020-də Azərbaycan olimpiya komandasının güclü idmançılarının belə asanlıqla məğlub olmalarını qəbul etmirəm. Çünki idmançı üçün əsas şərt Olimpiadaya lisenziya qazanmaq deyil. Lisenziya əldə edərək Olimpiya Oyunlarında çıxış etmək hüququ qazanmaq böyük şərəf olsa da, bu nəticə məsələnin tam həlli deyil. Əsas odur ki, bu möhtəşəm yarışlarda sonadək əzmlə mübarizə aparasan. Hesab edirəm ki, atletlərimiz nəticələrdən asılı olmayaraq, qalib gəlmək üçün öz fiziki güclərini səfərbər ediblər. Psixoloji hazırlıqda müəyyən problemlər ola bilərdi. Lakin buna baxmayaraq, hələlik 3 bürünc medal qazanmağımız bizi ruhdan salmamalıdır. Əlbəttə, Olimpiadada iştirak edən atletlərin hamısı medal qazana bilməz. Ancaq yüksək nəticə gözlədiyimiz bir neçə idmançının zəif çıxış etməsini gözləmirdik. Etiraf edim ki, biz Milad Beigi Herçəqanini Tokio-2020-nin qalibi kimi görürdük. Həqiqətən də o, yarışlarda çox güclü bir rəqib təsiri bağışlayırdı. Lakin təmsilçimiz məğlub oldu. Həmçinin Rüstəm də çox güclü yaponiyalı idmançı ilə üz-üzə gəldi. Düzdür, idmançımız yaxşı təsir bağışlasa da, rəqib ondan üstün oldu. Ümumiyyətlə, qeyd etdiyim kimi, Olimpiya Oyunları xüsusi oyunlardır. Belə ki, burada fiziki hazırlıqla yanaşı, həm də psixoloji hazırlıq böyük rol oynayır. Buna görə də, psixoloji cəhətdən tam hazır olmayan idmançılar burada gözlənilmədən məğlub olurlar. Milli Olimpiya Komitəsinin vitse-prezidenti güləş komandamıza böyük ümidlərin olduğunu vurğuladı. “Olimpiadada qazanılan 3 bürünc medaldan biri güləş idman növündəndir. İnanıram ki, böyük ümüdlər bəslədiyimiz güləşçilərimiz və karateçilərimiz daha yüksək əyarlı medalları komandamızın aktivinə yazdıracaqlar. Çox istərdim ki, onlar qızıl medal ilə bizi sevindirsin. Atletlərimizdə olan potensiala və gücə arxalanaraq, inanıram ki, arzumuza çatacağıq”, - deyə Xəzər İsayev bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol