“Atletiko” yeni transferini ictiamiyyətə təqdim etdi

“Atletiko” yeni transferini ictiamiyyətə təqdim etdi

İspaniyanın “Atletiko” klubu yay transfer pəncərəsinin sonuncu günündə heyətinə qatdığı fransalı futbolçu Antuan Qrizmannı təqdim edib. Təqdimat mərasimi Madrid təmsilçisinin ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" stadionunda baş tutub.
30 yaşlı hücumçunun icarə müddəti istənilən vaxt daha 1 illik uzadıla bilər. Müqavilədə təcrübəli forvardı 40 milyon avroya satın alma öhdəliyi də var. "Barselona" 2019-cu ildə oyunçunun transferinə 120 milyon avro xərcləyib.
Qeyd edək ki, Antuan Qrizmann 2019-cu ildən "Barselona"da çıxış edirdi.