Paralimpiya Komitəsində iclas keçirilib
BOK
15.09.2021, 17:08
Sentyabrın 14-də Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) yay Paralimpiya idman növləri üzrə baş məşqçilərlə iclas keçirilib. AMPK-dan bildiriblər ki, komitənin baş katibi Kamal Məmmədov ilk növbədə Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında uğurlu nəticə göstərmiş idmançıların baş məşqçilərinə qurumun rəhbərliyi adından təbriklərini və minnətdarlığını ifadə edib. Baş katib bundan sonra da onların fəaliyyətindən yüksək nəticələr gözlənildiyini vurğulayıb. K.Məmmədov bildirib ki, Tokio-2020-də komandamızın uğurlu nəticələr əldə etməsinə baxmayaraq, güllə atıcılığı, pouerliftinq, taekvondo, eləcə də lisenziya gözləntisi olan kamandan oxatma və digər idman növlərinin baş məşqçiləri növbəti yarışlara daha ciddi hazırlaşmalı və qarşılarına qoyulan vəzifələri yerinə yetirməlidirlər. İclasda 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə edilib. Eyni zamanda, baş məşqçilərə yeni idmançıların, o cümlədən Qarabağ qazilərinin cəlb edilməsi, regionlarda fəaliyyətin gücləndirilməsinin vacibliyi bildirilib. Həmçinin baş məşqçilərə tapşırılıb ki, on gün müddətində Paris-2024-ə hazırlıq dövrü üçün fəaliyyət proqramı hazırlanıb komitəyə təqdim edilsin. İclasın nəticəsi olaraq, AMPK-nın prezidenti İlqar Rəhimova Paris-2024 XVII Yay Paralimpiya Oyunları ilə əlaqədar hər idman növü üzrə baş məşqçilərin təyin edilməsi ilə bağlı təqdimat verilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
Bugün, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
Bugün, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
Bugün, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
Bugün, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
Bugün, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
Bugün, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
Bugün, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
Bugün, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
Bugün, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
Bugün, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
Bugün, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
Bugün, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
Bugün, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
02.10.2026, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02.10.2026, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
02.10.2026, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
02.10.2026, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
02.10.2026, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri
-
Azərbaycan komandası “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini 22 medalla başa vurub
01.10.2026, 19:00 Su idman növləri