Karateçilərimiz İstanbulda 3 medala sahib çıxdı

Karateçilərimiz İstanbulda 3 medala sahib çıxdı

İstanbulda Karate1 Gənclər Liqasında iştirak edən Azərbaycan karateçiləri 3 medal qazanıblar. Mükafatlar qızıl, gümüş və bürüncdür.

Milli komandanın üzvlərindən -63 kq çəki dərəcəsində Məhəmməd Xamoyev birinci, Rəşid Süleymanov ikinci, -55 kq çəkidə isə Fərid Savadov üçüncü yeri tutub. Yarışda 51 ölkədən 825 idmançı ilə birgə, milli komandanın heyəti və klublardan 9 karateçimiz mübarizə aparıb.