Vətən müharibəsinin şəhidlərinin xatirəsinə dama yarışı keçirilib

Vətən müharibəsinin şəhidlərinin xatirəsinə dama yarışı keçirilib

Sentyabrın 26-da “Təhsil “ Respublika İdman Mərkəzinin 4 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin Anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında  Play Ok saytı üzərindən onlayn formatda dama üzrə açıq turnir keçirilib. Turnir 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək 44 günlük Vətən muharibəsində həyatlarını itirən əziz şəhidlərin xatirəsini yad etmək, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını təbliğ etmək məqsədi ilə keçirilib. Turnirdə Bakı və respublikanın digər şəhər və rayonlarından 55 damaçı iştirak edib.

Oğlanlar arsında birinci yerə Asif Aşurov layiq görülüb. Rəvan Aslanov ikinci, Adil Şahbazov isə üçüncü yerə sahib çıxıb. Qızlar arsında isə Nərmin Nəbiyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nazlı Quliyeva ikinci, Fatimə Quliyeva isə üçüncü yeri tutub.

Mükafatalayiq yerlər tutan damaçılar diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.