DÇ-2022: püşkatma mərasiminin tarixi məlum olub

DÇ-2022: püşkatma mərasiminin tarixi məlum olub

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin tarixi məlum olub. Tədbir gələn il aprelin 1-də təşkil olunacaq. Bu barədə ESPN məlumat yayıb.
Qeyd edək ki, yarışın təsnifat mərhələsi bu il noyabr ayında başa çatacaq. Pley-off mərhələsinin matçlarının növbəti il 24-29 mart tarixlərində keçirilməsi planlaşdırılır. Final mərhələsi isə 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək olacaq.