Tokio şəhəri olimpiadanın paytaxtı seçilib

Tokio şəhəri olimpiadanın paytaxtı seçilib


Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 125-ci sessiyası davam edir.
Sessiyada 2020-ci ildə keçiriləcək yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanıb. Olimpiada-2020 uğrunda mübarizədə iştirak edən üç şəhərdən (İstanbul, Madrid və Tokio) biri - Tokio səsvermədə qalib gəlib.
Qeyd edək ki, BOK-un 125-ci sessiyasında ilk səsvermə prosesi Madrid və İstanbul arasında keçirilib və qonşu ölkənin patyxt şəhəri qalib gəlib. Tokio və İstanbul arasında baş tutan ikinci səsvermədə isə səslərin 60 faizini toplayan Yaponiyanın paytaxtı 2020-ci ildə keçiriləcək yay Olimpiya oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. BOK-un üzvləri İstanbulun namizədliyinə 36 səs veriblər. Beləliklə, ilk dəfə 1964-cü ildə 18-ci Yay Olimpiya Oyunlarına ev sahibliyi edən Tokio şəhəri 2020-ci ildə keçiriləcək olimpiadanı da qəbul edəcək.
Xatırladaq ki, BOK-un 125-ci sessiyası öz işinə sentyabrın 4-də başlayıb.