Güləş Olimpiya oyunlarının proqramında qalacaq

Güləş Olimpiya oyunlarının proqramında qalacaq




Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 125-ci sessiyasında güləş idman növünün Olimpiya oyunlarının proqramında saxlanılması barədə qərar qəbul edilib. Beləliklə,
2020 və 2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarının proqramına salınmağa namizəd növlər arasında güləş softbol və skvoşu bu mübarizədən kənarlaşdırıb.
Xatırladaq ki, bu ilin fevralında BOK güləşin Olimpiya oyunlarının proqramından çıxarılması ilə bağlı təklif vermişdi. Antik olimpiadaların və 1900-ci ildən müasir Olimpiya oyunlarının proqramında nümayiş etdirilən güləşə bu münasibət dünyanın bir çox ölkələrində ciddi narazılıq doğurmuşdu.
Qeyd edlək ki, güləş BOK-un 125-ci sessiyasında səsvermənin nəticələrinə görə 1-ci turda qalib olub.