“Olimpiya dünyası” qəzetinin kollektivinə

“Olimpiya dünyası” qəzetinin kollektivinə

“Olimpiya dünyası”
qəzetinin kollektivinə
 
Azərbaycan idman mediasında aparıcı mövqedə olan qəzetinizin 20 illiyi münasibətilə hamınızı təbrik edirəm. “Olimpiya dünyası” qəzeti Azərbaycanda Olimpiya hərəkatının təbliğində özünəməxsus yeri və rolu olan nəşr olaraq idmançılarımızın uğurlarını çoxsaylı oxucularına çatdırmaqla yanaşı, ölkəmizdə kütləvi bədən tərbiyəsi və idmanın təbliğində də təqdirəlayiq rol oynayır.
Bir daha kollektivinizi və oxucularınızı təbrik edir, yeni-yeni uğurlar arzulayıram.
 
Fərid Qayıbov,
Azərbaycan Respublikasının
gənclər və idman naziri