Almaniyalı Tomas Bax BOK-un yeni prezidenti seçilib

Almaniyalı Tomas Bax BOK-un yeni prezidenti seçilib




Almaniyalı Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti seçilib. Bu barədə qərar BOK-un Buenos-Ayresdə keçirilən 125-ci sessiyasında qəbul edilib.
Bununla da 2001-ci ildən BOK-a rəhbərlik edən belçikalı Jak Roqq vəzifə müddəti bitdiyinə görə işdən gedib.
Qeyd edək ki, BOK-un prezidenti postuna 6 nəfər -Sergey Bubka (Ukrayna), Tomas Bax (Almaniya), Nq Ser Mianq (Sinqapur), Çinq Kuo Vu (Tayvan), Riçard Kerrion (Puerto-Riko) və Denis Osvald (İsveçrə) öz namizədliyini vermişdi.