“Barselona” qələbəni son anda əldən verdi, “Real” isə böyük hesabla qalib gəldi 

“Barselona” qələbəni son anda əldən verdi, “Real” isə böyük hesabla qalib gəldi 

İspaniya çempionatının 20-ci turun oyunları keçirilir. Mövsümə uğursuz başlayan “Barselona” səfərdə “Qranada” ilə qarşılaşıb. Oyunun 57-ci dəqiqəsində Luk de Yonqun qolu ilə hesabda önə keçən kataloniyalılar üstünlüyünü sona qədər qoruya bilməyiblər. Matçın əsas vaxtının bitməsinə 1 dəqiqə qalmış “Qranada” klubu hesabı bərabərləşdirib. Görüş bu hesabla başa çatıb. 
“Barselona”nın əzəli rəqibi “Real” isə turu qələbə ilə başa vurub. Ötən tur xal itkisi ilə üzləşən “Kral klubu” bu dəfə doğma meydanda “Valensiya” klubuna böyükhesabla qalib gəlib -4:1.
Turun digər oyunlarında “Levante” klubu “Malyorka”nı 2:0, “Real Sosedad” isə “Selta”nı 1:0 hesabı ilə məğlub edib. 
Qeyd edək ki, “Real” klubu qələbədən sonra turnir cədvəlində 41 xalla birinci yerdə qərarlaşıb. “Sevilya” 41 xalla ikinci, “Real Betis” və “Real Sosedad” isə 33 xalla müvafiq olaraq, üçüncü, dördünücü pillələrdə yer alıb. 
“Barselona” klubu isə 20 turdan sonra turnir cədvəlində 32 xalla altıncı pillədə qərarlaşıb.