Bu gün İspaniya Super Kubokunda yarımfinal matçı keçiriləcək. İlk yarımfinal oyununda “El Klasiko” keçiriləcək. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinin “King Fahd Stadium”unda oynanılacaq qarşılaşmada “Real” və “Barselona” klubları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.