"Qarabağ"ın rəqibi cəzalandırıldı 

"Qarabağ"ın rəqibi cəzalandırıldı 

FIFA "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi olan Fransanın "Marsel" klubunu cəzalandırıb. Klub qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.
Liqa 1 təmsilçisi Pape Gueye transferindəki qayda pozuntusuna görə cəzaya məruz qalıb. 23 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərənin "Uotford" klubundan "Marsel"ə keçib.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.