Azərbaycanın Pekin-2022-dəki bayraqdarı müəyyənləşdi

Azərbaycanın Pekin-2022-dəki bayraqdarı müəyyənləşdi

Azərbaycanın Pekin-2022 Qış Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib.
XXIV Qış Olimpiadasının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı fiqurlu konkisürən Vladimir Litvintsev olacaq.
Qeyd edək ki, Pekin-2022 fevralın 4-20-də keçiriləcək. Ölkəmiz “Ağ olimpiada”nın fiqurlu konkisürmə yarışında Vladimir Litvintsev və Yekaterina Ryabova ilə təmsil olunacaq.