ADBTİA ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu arasında saziş imzalanıb

ADBTİA ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu arasında saziş imzalanıb

Moskvada Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) arasında saziş imzalanıb.
Sənədi hər iki ali təhsil ocağının rektorları Anatoli Torkunov və Fuad Hacıyev imzalayıblar.
Saziş Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında elmi-tədqiqat, təhsil və konsaltinq layihələrinin, elmi-tədris tədbirlərinin, akademik və tələbə mübadiləsinin birgə həyata keçirilməsini, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.
Eyni zamanda, fevralın 21-də “İdman menecmenti” magistratura proqramının ikili diplom formasında tətbiq edilməsi haqqında bu ali təhsil müəssisələri arasında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Avropanın qabaqcıl universitetlərindəki tərəfdaşlarını da “İdman menecmenti” magistr proqramının həyata keçirilməsinə cəlb edəcəklər. Təhsil proqramını müvəffəqiyyətlə bitirən tələbələrə “İdman menecmenti” ixtisaslaşma dərəcəsi verilməklə hər iki ali təhsil ocağının magistr diplomu təqdim olunacaq.