İslam Həmrəylik Oyunlarında Azərbaycan bayrağı qaldırılıb

İslam Həmrəylik Oyunlarında Azərbaycan bayrağı qaldırılıb





İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəylik Oyunlarında Azərbaycan bayrağı qaldırılıb.
Sentyabrın 22-də səhər saatlarında Olimpiya kəndində bu münasibətlə təşkil olunmuş mərasimdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, eləcə də Azərbaycan idmançıları, məşqçilər və nümayəndə heyətinin üzvləri iştirak ediblər. Dövlət bayrağı Azərbaycan himninin sədaları altında yuxarı qaldırılıb.
Oyunların təntənəli açılış mərasimi sentyabrın 22-de Palembanq şəhərinin mərkəzi stadionunda keçirilib.
Azərbaycan idmançıları yarışlara bu gün qoşulacaqlar.