Bu gün kiçikyaşlı yeniyetmə (U-15) cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib. Gənclər və İdman Nazirliyinin və ACF-nin birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-yə yaxın idmançı qüvvəsini sınayır. 2008-2010-cu illər təvəllüdlü idmançıların iştirakı ilə keçiriləcək turnir üç gün davam edəcək.
Yarışın təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında cüdo idman növünə marağın artırılması, təbliği və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır.