Karateçimiz Islam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

Karateçimiz Islam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb



İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində 3-cü İslam Həmrəyliyi Oyunları davam edir.
İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan milli komandası yarışda ilk qızıl medalını qazanıb.
İraq və Liviya idmançılarına qalib gələn karateçimiz Ayxan Mamayev (84 kq) finalda Misir təmsilçisi ilə qarşılaşıb. Misir idmançısını da üstələyən Ayxan Mamayev üçüncü İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bundan əvvəl digər karateçimiz - Şahin Atamov (84 kq-dan yuxarı) Azərbaycan millisinə gümüş medal qazandırıb. Şahin Atamov Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərindən olan idmançılara qalib gəlib. Həlledici görüşdə isə iranlı idmançıya uduzan Ş.Atamov gümüş medal qazanıb.