Sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti artacaq.
OlimpNews.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.
Onun sözlərinə görə, mayın 16-sı və 17-də qısa müddətdə havanın yenidən dəyişməsi proqnozlaşdırılır:
"Müvafiq təşkilatlara xəbərdarlıq edilib. Bəzi yerlərdə yağıntılar intensiv olacaq. Bakıda və Abşeron yarımadasında yağış yağması gözlənilir.
Növbəti qeyri-sabit və küləkli dövr mayın 20-si və 21-nə təsadüf edəcək. Yaxın günlərdə bununla bağlı ətraflı məlumatlar ictimaiyyətə təqdim olunacaq".