Medallarımızın sayı artır

Medallarımızın sayı artır

İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunları davam edir.
Azərbaycan idmançısı Yevgeni Lazuka baterflyay üsulla 50 metr məsafəyə üzgüçülük yarışlarında 24.61 saniyə nəticə ilə gümüş medal qazanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən olimpnews.az-a daxil olan xəbərə görə, bu qələbə 24 yaşlı idmançının Azərbaycan bayrağı altında qazandığı ilk uğurudur. Yevgeni Lazuka Belarus yığmasının heyətində çıxış edərkən yeniyetmələr arasında Avropa və dünya çempionu olub.
Qeyd edək ki, London-2012 Olimpiadasında ölkəmizin şərəfini qorumuş Y.Lazuka bu il avqustda Barselonada keçirilmiş dünya çempionatında bundan da yüksək nəticə göstərdiyini deyib - 24.14 saniyə.