"Həyatımın ən yaxşı 3 ilini həbsxanada keçirmişəm".
"Olimpnews"un məlumatına görə, bunu ABŞ-ın əfsanəvi boksçusu Mayk Tayson "Pivot Podcast"a açıqlamasında deyib.
Superağır çəkidə keçmiş mütləq dünya çempionu həbsxanada dinclik tapdığını bildirib: "Həyatınızda sakitlik, sabitlik və balans yoxdursa, pul heç bir əhəmiyyət daşımır. Yaxşı qidalanırdım, hamı mehriban idi və mənimlə yaxşı davranırdı".
O, həbsdə olduğunu müddətdə də məşq etdiyini söyləyib: "Həyətdə 12-14 km qaçır, axşamlar kameramda dörd saat tullanırdım. Hamı məndən qorxurdu. Amma mən orada həmişə yaxşı insan olmuşam".
Qeyd edək ki, Mayk Tayson 1992-ci ildə ABŞ gözəllik kraliçası Desire Vaşinqtona təcavüz etdiyi üçün altı il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının üç ilini həbsxanada çəkib.