"Qalatasaray" 6 legioneri ilə yollarını ayırır

"Qalatasaray" 6 legioneri ilə yollarını ayırır

Türkiyənin "Qalatasaray" klubu yay fasiləsində 6 legioneri ilə vidalaşacaq.

"Olimpnews" "Hürriyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Saşa Buy, Cessi Sekidika, Olimpiu Morutsan, Kristian Luyindama, Markao və Mbaye Dianye ilə yollarını ayıracaq.

Komandanın yeni baş məşqçisi Okan Buruk sözügedən oyunçuları yeni mövsümdə sərəncamında görmək istəmir. Əvəzində, "Cim-Bom" 7 əcnəbi futbolçu transfer edəcək.

Qeyd edək ki, "Qalatasaray" Okan Burukla 2 illik müqavilə imzalayıb.