Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində sonuncu görüşünü keçirib.
"Olimpnews"un məlumatına görə, 35 yaşlı qrossmeyster XIV turda qara fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Görüş 33-cü gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb.
14 oyundan 7,5 xal toplayan təcrübəli şahmatçı yarışda 3-cü yeri tutub.
Qeyd edək ki, rusiyalı Yan Nepomnyaşi əvvəlki turda yarışın qalibi olub və şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək.