Astarada tələbələr arasında dama yarışı keçirilib

Astarada tələbələr arasında dama yarışı keçirilib

Astara Pedaqoji Kollecində Azərbaycan Prezidenti cənab İlham Əliyevin doğum günü münasibəti ilə tələbələr arasında dama yarışı keçirilib. 

Olimpnews.az xəbər verir ki, tələbələrin böyük həvəslə iştirak etdiyi yarışda əsas məqsəd onların intellektual inkişafına töhfə vermək, məntiqi düşünmə bacarıqlarını artırmaq və asudə vaxtın səmərəli təşkilini təmin etməkdən ibarət olub. Həmçinin yarışda fəallıq göstərən tələbələr arasında sağlam rəqabət mühiti formalaşıb.

Yarışın qalibləri diplom və medallarla təltif olunublar.