Olimpiya Hərəkatı tarixində ən böyük miqyaslı məşəl estafeti

Olimpiya Hərəkatı tarixində ən böyük miqyaslı məşəl estafeti

 Soçidə XXII Qış Olimpiya Oyunlarının məşəli təqdim edilib. Moskva və Sankt-Peterburq şəhərlərində təqdim olunan məşəl bundan sonra Rusiyanın 14 şəhərinin ərazisindən keçəcək.
Gözlənildiyinə görə, Soçi-2014-ün məşəl estafeti Olimpiya Hərəkatı tarixində ən böyük miqyaslı məşəl estafeti olacaqdır. Ənənəyə müvafiq olaraq, Yunanıstanın Olimpiya şəhərində alovlandırılacaq məşəl 2013-cü il oktyabrın 7-də Moskvaya gətiriləcək. Səhərisi gün isə məşəl estafeti Rusiyanın ərazisi ilə yoluna davam edəcək. Məşəl estafeti bu ölkənin 2900 yaşayış məntəqəsindən və 83 obyektindən keçəcək.